“AFB Bank”ın səhmdarları növbədənkənar yığışacaq

Bakı. 18 oktyabr. REPORT.AZ/ Dekabrın 1-də, saat 15:00-da “AFB Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumu yığıncağı keçiriləcək.

Bu barədə “Report”a bankdan bildirilib.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq"in İH-nin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur. 

Digər xəbərlər