“Accessbank” nizamnamə kapitalını artırmağa hazırlaşır

Bakı. 17 aprel. REPORT.AZ/ “Accessbank” QSC-nin ötən illər ərzində nizamnamə kapitalının artırılması Bankın səhmdarlarının ona olan böyük etimadının göstəricisidir”.

“Report” xəbər verir ki, bunu “Accessbank”ın İdarə Heyəti sədrinin I müavini Anar Həsənov bildirib.

"Bu il də növbəti kapital artımı ilə bağlı bankda işlər gedir. Kapitalın artımı sual altında deyil", - deyə o, qeyd edib.

Bundan başqa, A.Həsənovun sözlərinə görə, “Accessbank” uzunmüddətli strategiyasını qururb: “Hazırda 4 illik biznes planımız aktualdır. Həmin planın razılaşdırılmasının son mərhələsindəyik. Hər bir biznesdə olduğu kimi burda da gəlirlilik olmalıdır. Bütün sektor olaraq iki il ərzində dəyişikliklərdən keçdik”. 

Digər xəbərlər