4SİM auditor seçir

İqtisadiyyat Nazirliyinin tabeliyində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun audit üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 25 manatdır.

İddiaçılar təkliflərini avqustun 20-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarova küçəsi, 194 ünvanına təqdim edə bilərlər.

Təkliflərə avqustun 20-si, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Digər xəbərlər

Aqrar Sığorta Fondu auditor seçib 08 dekabr, 2025 / 17:40