Fintex və Startaplar üçün banklarda Açıq Qapı Günləri təşkil edilir

13-17 may 2019-cü il tarixlərində “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı ilə banklarda “Fintex və Startaplar üçün Açıq Qapı Günləri” elan edilir.

Bu barədə "Report" Azərbaycan Banklar Assosiasiyasına istinadən xəbər verir. 

Həftə ərzində banklarda açıq qapı günləri vasitəsi ilə fintex və startapların təqdim etdikləri layihələr ilə tanışlıq keçiriləcək, layihələrinin maliyyələşdirilməsi imkanlarına baxılaraq onların maliyyə cəlbediciliyinin artırılması məqsədilə görməli olduqları işlər və biznes planlarında məqsədəuyğun olan dəyişikliklər barədə məsləhətlər almalarına imkan yaradılacaqdır.

Fintex və startaplar öz layihələrini aşağıdakı banklara təqdim edə bilərlər:

Qeyd olunan banklara müraciət etmək istəyən şəxslər elektron məktubla (azizaga_h@aba.az, “Fintexlər və startaplar üçün Açıq Qapı Günləri – Layihə” mövzusu ilə) və ya zəng edərək (əlaqə tel: 050-839-07-63) müraciət etmək istədikləri bankı bildirməklə, görüş yeri və saatı barədə məlumat ala biləcəklər. 

Digər xəbərlər

ASCO-nun mənfəəti 38 dəfə artıb 04 sentyabr, 2026 / 11:56