"Şəki" pley-off mərhələsinin ilk oyununda "Gəncə"ni məğlub edib

"Şəki" Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ilk oyununda qələbə qazanıb.

"Report" xəbər verir ki, bölgə klubu evdə "Gəncə"ni məğlub edib.

Qarşılaşma 85:84 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, tərəflər arasında ikinci matç aprelin 20-də baş tutacaq. Pley-offun birinci oyunları isə aprelin 19-da başa çatacaq.

Xəbər lenti