"Neftçi" Dünya Qadın Seriyasında yarımfinala yüksəlib

"Neftçi"nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında bu gün növbəti matçını keçirib.

"Report"un məlumatına görə, komanda Uqanda yığması ilə üz-üzə gəlib.

Qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb - 18:15.

Yarımfinal oyunu bu gün saat 21:50-də keçiriləcək.

Qeyd edək ki, Bakı klubu ötən gün A qrupunda Macarıstan (19:18) və Slovakiya (21:14) millilərinə qalib gəlib.

Digər xəbərlər