"Neftçi" basketbol klubu baş məşqçi Valeri Stepanovski ilə əməkdaşlığa son qoyub

"Neftçi" basketbol komandası baş məşqçi Valeri Stepanovski və köməkçi məşqçi Oleq Qonçarovla yollarını ayırıb.

Klubdan "Report"a verilən məlumata görə, ukraynalı mütəxəssislərlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, "Neftçi"də baş məşqçi funksiyasını hələlik köməkçi məşqçi, gürcüstanlı mütəxəssis Daviti Çivçivadze yerinə yetirəcək.

Digər xəbərlər