Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Qəbələ" "Sumqayıt"ı qəbul edib.
Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
54-cü dəqiqədə Rüstəm Əhmədzadə, 81-ci dəqiqədə Aleksandr Ramalinqom fərqlənib.
Xallarının sayını 20-yə çatdıran "Sumqayıt" hələlik ikinci pillədə qərarlaşıb.
"Qəbələ" 5 xalla onuncudur.
Günün ilk matçında "Şamaxı" "İmişli"ni üstələyib - 1:0.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.