Lebron Ceyms NBA-da yeni rekord müəyyənləşdirib

"Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms "Boston Seltiks"lə oyunda 20 xal toplayaraq NBA tarixində yeni rekord müəyyənləşdirib.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, o, NBA-nın müntəzəm çempionatlarında 43 000 (43 008) xal yığan ilk oyunçu kimi tarixə düşüb.

Pley-off mərhələsi də daxil olmaqla, basketbolçunun hesabında ümumilikdə 51 297 xal var.

Qeyd edək ki, fevralın 23-nə keçən gecə baş tutan qarşılaşmada "Los-Anceles Leykers" "Boston Seltiks"ə 89:111 hesabı ilə uduzub.

Digər xəbərlər