İtaliyada bu gün XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
"Report"un məlumatına görə, yarışlar Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunacaq.
Olimpiada fevralın 4-də qarışıq cütlüklərin körlinq turniri ilə başlayıb. Qadınların hokkey turniri 5 fevralda start götürüb.
Açılış mərasimi fevralın 6-da Milandakı "San-Siro" stadionunda, yerli vaxtla saat 20:26-da başlayacaq.
İtaliyada 16 idman növü üzrə 116 medal uğrunda mübarizə baş tutacaq ki, bu da əvvəlki - 2022-ci il Pekin Oyunlarından yeddi medal çoxdur. Skeleton növü üzrə qarışıq komanda yarışları, sərbəst xizəksürmə üzrə kişilər və qadınlar arasında "moqul" yarışları və digər növlər əlavə edilib, lakin dağ xizəyi üzrə qarışıq komanda yarışları keçirilməyəcək. Xizək alpinizmi Olimpiya proqramında kişilər və qadınlar sprintləri, eləcə də komanda yarışlarını əhatə edən yeni yarışdır.