"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununa çıxacaq.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi bu gün Türkiyənin "Esenler Erokspor" komandasının qonağı olacaq.
C qrupunun matçı İstanbul şəhərində, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, "Gəncə" qrup mərhələsində "Universitatya Krayova" (Rumıniya), "Sportinq" (Portuqaliya), "Rilski Sportist" (Bolqarıstan) və "Kolossos"la (Yunanıstan) da üz-üzə gələcək.