Futzal üzrə Azərbaycan milli komandasının aprelin 8-9-da Bakıda, 10-12-də Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
"Report"un məlumatına görə, komandanın baş məşqçisi Joze Alesio da Silva hazırlıq prosesinə 14 oyunçu cəlb edib.
Qeyd edək ki, Azərbaycan yığması toplanış çərçivəsində aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığma komandaları ilə yoldaşlıq oyunları keçirəcək.
| № | AD, SOYAD | KLUB |
| 1 | Rizvan Fərzəliyev | Araz |
| 2 | Vitali Borisov | Neftçi |
| 3 | Fərid Atakişiyev | EKOL |
| 4 | Namiq Məmmədkərimov | EKOL |
| 5 | Rövşən Hüseynli | Araz |
| 6 | Oktay Rüstəmli | Araz |
| 7 | Nihad İsmayılov | Araz |
| 8 | Samir Həmzəyev | EKOL |
| 9 | Xətai Bağırov | Araz |
| 10 | Cesar De Angelis Zhonatan Luiz | Jetısu (Qazaxıstan) |
| 11 | Teles Martins Thiago | Norilskiy Nikel (Rusiya) |
| 12 | Everton Kardoso | Levante (İspaniya) |
| 13 | Fineo De Araujo | İPC Pelindo (İndoneziya) |
| 14 | Emin Kürdov | EKOL |