Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinalda məğlub olub - YENİLƏNİB

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının mövsüm finalında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın yarımfinalında Fransa komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 15:13.

"Ağ-qaralar" daha əvvəl 1/4 finalda Monqolustanın "Ulan-Bator Amazons" kollektivinə qalib gəlmişdi - 21:18.

Xatırladaq ki, "Neftçi SOCAR" ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 12:22.

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının mövsüm finalında yarımfinala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın 1/4 finalında Monqolustanın "Ulan-Bator Amazons" kollektivi ilə üz-üzə gəlib.

Rəqibini 21:18 hesabı ilə üstələyən "ağ-qaralar" yarımfinala yüksəlib.

Xatırladaq ki, "Neftçi SOCAR" ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 12:22.

Digər xəbərlər