Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.
Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, Avropa Liqasına hazırlığı davam etdirən yığma mayın 22-dən 27-dək Belarusda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli "Minsk" klubu ilə iki yoxlama oyunu keçirib.
Boris Qrebennikovun rəhbərlik etdiyi komanda hər iki qarşılaşmada məğlub olub (0:4, 1:3).
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını iyunun 6-7-də İsveçdə keçirəcək.
Komandamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan yığmaları olacaq.