"Abşeron Lions" Azərbaycan Basketbol Liqasında finala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, komanda buna yarımfinal mərhələsinin ikinci oyununda "Neftçi"ni məğlub etməklə nail olub.
Bakı İdman Sarayında reallaşan qarşılaşma 90:81 hesabı ilə bitib.
İlk görüşdə də "Abşeron Lions" qalib gəlib - 95:89.
Beləliklə, komanda finalda "Sabah"a rəqib olub.