"Abşeron" basketbol klubu heyətini gücləndirib

"Abşeron" basketbol klubu heyətini gücləndirib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, amerikalı hücumçu Villiam Cenkinslə 1 illik müqavilə imzalanıb.

Son olaraq İrlandiya təmsilçisi "Vincent Dublin"də çıxış edən 28 yaşlı basketbolçu ölkəsi ilə yanaşı, Avstraliya və Lüksemburqda da çıxış edib.

Digər xəbərlər