​Xocahəsən yolunda hərəkət məhdudlaşdırılır

Bakı. 18 may. REPORT.AZ/ Bu gündən etibarən Xocahəsən avtomobil yolunun bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq. “Report”un “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, hərəkətin məhdudlaşdırılması aparılan cari təmir işləri ilə əlaqədardır.

Məlumatda deyilir ki, təmir işləri asfalt-beton örtüyünün dağılmış hissələrinin bərpasını əhatə edir.

Sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməkləri tövsiyə olunur.

Digər xəbərlər

Maştağada iki gün su olmayacaq 10 mart, 2026 / 17:50