Baş Muğan kanalı, Yeni Cənubi Muğan kanalı, Köhnə Cənubi Muğan kanalı, Rəsul arx kanalına dair layihə işləri artıq yekunlaşmaq üzrədir.
Bunu "Report"un Şirvana ezam olunmuş müxbirinə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi Akif Quliyev bildirib.
Onun sözlərinə görə, hazırda Aşağı Muğan kanalında işlər həyata keçirilir: "Bundan başqa, Baş Muğan kanalı, Yeni Cənubi Muğan kanalı, Köhnə Cənubi Muğan kanalı, Rəsul arx kanalı layihə işləri artıq yekunlaşmaq üzrədir. Digər kanallar da var. Əsas hədəf növbəti illərdə tikinti işlərinə başlanılmasıdır. Məsələn, 2027-ci ildə Sabir kanalının yenidən qurulmasına start verilməsi gözlənilir. Bundan başqa, Türyançay çayının sağ sahil və sol sahil kanallarında tikinti işləri yekunlaşıb".
A.Quliyev qeyd edib ki, hazırda Bəhrəmtəpə hidroqovşağında da geniş tikinti işləri aparılır: "Orada işlərin 2027-ci ildə yekunlaşması planlaşdırılır".