TRACECA-nın Azərbaycan hissəsində yük daşımaları 30 % artıb

2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51 420,6 min ton, yük dövriyyəsi isə 12 648,9 milyon ton-km olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 29,8 % və 31,9 % çoxdur.

Ötən il yüklərin 27 966,8 min tonu və yaxud 54,4 %-i avtomobil nəqliyyatı, 16 841,2 min tonu və yaxud 32,7 %-i dəmir yolu nəqliyyatı, 6 612,6 min tonu və yaxud 12,9 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 26,5 %-ni və yaxud 13 634,6 min tonunu tranzit yüklər təşkil edib.

Digər xəbərlər