Şahin Babayev: "Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir"

Bakı-Praqa marşrutu üzrə uçuşların sayı 14 % artacaq.

"Report" xəbər verir ki, bunu "AZCON Holding"in icraçı direktoru Şahin Babayev Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, hava əlaqəsi iki ölkə arasında iqtisadi münasibətlərin gücləndirilməsi baxımından da eyni dərəcədə vacibdir: "Azərbaycan Hava Yolları" QSC hazırda Bakı–Praqa marşrutu üzrə həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirir. 2026-cı ildə uçuşların ümumi sayının 194-ə çatacağı gözlənilir ki, bu da 2025-ci illə müqayisədə 14 % çoxdur. Bu artım işgüzar səfərləri, turizmi və insanlar arasında daha sıx əlaqələri dəstəkləyir. Biz həmçinin şəhər nəqliyyatı, o cümlədən metro infrastrukturu və sənaye həlləri sahələrində potensial əməkdaşlıq imkanları görürük. Mexanika mühəndisliyi, metal emalı və avadanlıq istehsalı üzrə ixtisaslaşmış Çexiya şirkətləri Azərbaycanın modernləşdirmə səylərinə dəyərli təcrübə qazandıra bilərlər".

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53