Bu ilin aprel ayında Rusiyada 53,3 min ədəd yeni avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,4% azdır.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə “Avtostat İnfo” analitik agentliyinin yeni avtomobillərin qeydiyyatı ilə bağlı məlumatında bildirilir.
Yanvar-aprel aylarında isə qonşu ölkədə yeni avtomobillərin satışı 422,2 min ədəd təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 9,6% azdır.
Bununla belə, ekspertlər düşünür ki, aprel ayında satışların azalması avtomobil bazarına dəyən zərərin bütün dərinliyini əks etdirmir.