Orta Dəhlizlə bağlı mövcud tarif dərəcələrinin davam etdirilməsi müzakirə olunub

Türkiyənin Ankara şəhərində keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına dair İşçi Qrupunun iclası çərçivəsində təsdiqlənmiş mövcud tarif dərəcələrinin 2026-cı ildə də davam etdirilməsi barədə məsləhətləşmələr aparılıb.

Bu barədə "Report"a "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) məlumat verilib.

Bildirilib ki, Ankarada TBNM-nin inkişafına dair İşçi Qrupunun iclası baş tutub. İclasda ASCO-nun İdarə Heyəti sədrinin müavini Tariyel Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə TMTM-in bu ilin 10 ayı üzrə fəaliyyətinin yekunları, yükdaşıma dinamikası, marşrutun potensialından səmərəli istifadə olunması, yüklərin fasiləsiz və daha effektiv şəkildə daşınması məsələləri müzakirə edilib.

Bundan başqa, iclasda rəqəmsallaşma, konteyner daşımalarının təşkili prosedurlarının təkmilləşdirilməsi, gəmilərin yüklənməsi proseslərinin tənzimlənməsi və konteyner daşımalarında texnoloji əməkdaşlığı nəzərdə tutan sənədlər üzrə geniş fikir mübadiləsi həyata keçirilib.

Digər xəbərlər