Dövlət Ehtiyatlar Agentliyi kreditorlarına müraciət edib

Dövlət Ehtiyatlar Agentliyi təşkilati-hüquqi formasının publik hüquqi şəxsdən mərkəzi icra hakimiyyəti qurumuna dəyişdirilməsi ilə əlaqədar kreditorlarına müraciət edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini əsaslandırıcı sənədlərlə birlikdə yazılı şəkildə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanına bildirə bilərlər.

Digər xəbərlər