Bakı. 10 iyun. REPORT.AZ/ Bu gün Bakı şəhəri Nizami və Sabunçu rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə "Report"a "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, məhdudiyyətlər Nizami rayonu ərazisində magistral xətlərdə təmir işlərinin aparılması ilə əlaqədardır.
Yaranan müvvəqəti narahatlığa görə “Azərsu” ASC abonentlərdən üzr istəyir.