Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 5,4 milyon ton yük və 35,8 milyon sərnişin daşınıb.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,9 % və 1,3 % çoxdur.