Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 4 milyon 767 min 500 ton yük, 31 milyon 681 min sərnişin daşınıb.
Bu barədə "Report"un yerli bürosuna Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1 %, sərnişin daşınması isə 1,1 % artıb.