Bu gün Naxçıvan MR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə birlikdə yerin təkinin istifadəyə verilməsi üzrə ilk dəfə hərrac keçirib.
"Report"un yerli bürosunun məlumatına görə, hərracda 1 lot üzrə Babək və Culfa rayonlarının ərazisində yerləşən “Qoşaquldağ” (Pircuvardüzü) qum yatağı satışa çıxarılıb.
Başlanğıc qiyməti 15 180 manatdan başlayan yatağın istismar müddəti 15 ilə qədərdir.