Bu ilin yanvar-may aylarında Naxçıvan MR-da bütün maliyyə mənbələrindən əsas kapitala 411,2 milyon manat vəsait yönəldilib.
“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, bir il öncəki göstəricidən 1,2 % çoxdur.
5 aylıq investisiya qoyuluşunun 396,2 milyon manatı və yaxud 96,3 %-i tikinti-quraşdırma işlərinin payına düşüb.