​Moskva-Gəncə aviareysi təxirə salınıb

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Bakı vaxtı ilə saat 10:40 Moskvadan Gəncəyə uçmalı olan "NN 411" saylı aviareys təxirə salınıb.

"Report" Rusiyanın Domodedovo Hava Limanının uçuş cədvəlinə istinadən xəbər verir ki, reys "VİM-Avia" şirkəti tərəfindən "Boeing 757-200" tipli təyyarə ilə həyata keçirilməli idi.

Reysin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Qeyd edək ki, bu gün qarlı hava şəraiti səbəbindən İstanbuldan Bakıya uçmalı olan reyslər də ləğv edilib.

Digər xəbərlər