Mehdiabaddan "28 May"a tramvay xətti çəkiləcək

Abşeron rayonunun Mehdiabad qəsəbəsindən "28 May" metro stansiyasına qədər tramvay nəqliyyatının tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb: "Artıq Mehdiabaddan "28 May"a qədər tramvay xətti ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə işləri həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə "Sea Breeze" daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb".

Digər xəbərlər