Azərbaycanda yol tikintisinin tempi dövlətin iqtisadi ehtiyaclarından xeyli geri qalır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən “Nəqliyyat və Logistika Komplesinin İnkişafı” mövzusunda konfransda ali təhsil müəssisəsinin Nəqliyyat və Logistika kafedrasının müəllimi Valeh Şərifov bildirib.
Bununla belə, o deyib ki, yeni yolların tikintisi ilə yanaşı mövcud yolları modernləşdirmək lazımdır.
“Nəqliyyat şəbəkələrinin texniki parametrlərinin aşağı olması, yollarda ölüm hallarının yüksək olması, özəl investisiyaların axınını məhdudlaşdıran aşağı investisiya cəlbediciliyi, nəqliyyatın və əlaqəli infrastrukturun zəif inkişafı, daşımaların təşkili üçün texnoloji proseslərin çox vaxt əllə edilməsi, avtomobil daşınmalarında dəmir yolu və digər sahələrdən fərqli olaraq yük daşımalarının dəqiq uçotunun aparılmasının hazırki vəziyyətdə mümkün olmaması, nəqliyyat vasitələrinin sürücülərinin kifayət qədər ixtisasının olmaması və onların nəqliyyat etikasına əməl etməməsi, müasir nəqliyyat vasitələrinin olmaması və onların satış qiymətinin yüksək olması, müxtəlif yol kənarları və əlaqə xidmətlərinin tələblərə uyğun olmaması, müxtəlif nəqliyyat infrastrukturunun xarici rəqiblərdən texnoloji olaraq geriləməsi, daşınma ilə əlaqəli qanunvericilik bazasının mükəmməl olmaması, nəqliyyat-infrastruktur layihələrinin təşkilində təcrübənin olmaması və peşakarlığın aşağı səviyyədə olması, nəqliyyat infrastrukturunun inkişafı layihələri üzrə monitoriq və nəzarət sisteminin təkmilləşdirilməməsi, müasir nəqliyyatın idarə edilməsi vasitələrinin məhdud tətbiqi yük və sərnişin daşınması risklərinin artmasının səbəbləridir”, - deyə o qeyd edib.