Bu günün I yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq - FOTO - RƏSMİ

Bakı. 3 iyul. REPORT.AZ/ Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.

Bunu "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

"Eyni zamanda sərnişinlərin nəzərinə çatdırırıq ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün (İyulun 3-də) günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq", - deyə o əlavə edib.

Digər xəbərlər