​Bu gün Qaradağ rayonunda içməli su problemi olacaq

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Qaradağ rayonunun bəzi qəsəbələrinə və sənaye müəssisələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə "Report"a "Azərsu" ASC-dən məlumat verilib.

"Azərsu"dan birilib ki, içməli suyun verilməsində fasilələr Kür-Bakı magistral su xəttinin Qaradağ rayonu ərazisindən keçən hissəsində təmir işlərinin aparılması ilə bağlıdır. "Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir", - deyə şirkətdən bildirilib.

Digər xəbərlər