Bakı. 28 iyul. REPORT.AZ/ Avqustun 1-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, Biləcəri stansiyasının tək yolunda aparılan təmir işləri ilə əlaqədar 10 gün müddətinə - Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli qismən dəyişəcək.