Bakı. 2 avqust. REPORT.AZ/ Prezident İlham Əliyevin bu ilin mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən, işlər davam edir.
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, hazırda qurumun İnfrastruktur Departamenti yanında "Əsaslı Təmir" MMC Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sistemini yeniləyir.
MMC-nin rəisi Abbas Qəmbərovun verdiyi məlumata görə, hazırda Güzdək-Sumqayıt mənzilində 5,5 km dəmir yolunun kontakt şəbəkəsi yenidən qurulur. Belə ki, 69 ədəd dayaq qoyulub, 6 ədəd dəmir beton dayaq, 6 ədəd anker dayaq, 41 ədəd konsol, eləcə də 3 ədəd dayağa anker dartıcıları qoyulub.
Təmir işləri davam edir.