"Azmelsutəsərrüfat": "Suyun hər 1 000 kubmetrini cəmi 50 qəpiyə satırıq"

Azərbaycanda suyun hər 1 000 kubmetri dövlətə 70-80 manata başa gəlir, lakin sudan istifadəedən birliklərinə cəmi 50 qəpiyə satılır.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin ("Azmelsutəsərrüfat") sədr müavini Rafiq Aslanov bildirib.

"Həmin birliklər də öz xərclərini həmin qiymətin üzərinə qoyaraq satışı həyata keçirirlər. Yekun qiymətlə maya dəyəri 1-2 %-dən çox fərqlənmir", - deyə o qeyd edib.

Digər xəbərlər