Azərbaycanda şoran torpaqların sahəsi 3 dəfə azalıb

Müstəqilliyin ilk illərində ölkədə 120 min hektara qədər suvarılan torpaq şorlaşmışdırsa, indi bu cür ərazilərin sahəsi 40 min hektara düşüb.

“Report” xəbər verir ki, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda təşkil olunan brifinqdə deyib.

"Qrunt sularında düzluluğun səviyyəsi 2000-ci illərin əvvəlinə kimi dənizdə olan səviyyəyə, yəni 15 qrama kimi artmışdı. Lakin görülən tədbirlər nəticəsində indi qrunt sularında düzluluğun səviyyəsi kollektor-drenaj şəbəkəsində 5-7 qrama, magistral kollektorlarda isə 5 qrama kimi azaldılıb ",- deyə o bildirib.

R. Aslanov vurğulayıb ki, bu, ilk növbədə Baş Mil-Muğan Kollektorunun 2-ci və 3-cü növbəsinin tikilməsi, kollektor-drenaj şəbəkələrinin təmizlənməsi nəticəsində mümkün olub.
 

Digər xəbərlər