Azərbaycanda sərnişindaşıma 38 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər 139,1 milyon ton yük və 1 024,9 milyon nəfə sərnişin daşıyıb.

“Report” Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,8 % və 37,7 % çoxdur.

Yüklərin 57,2 %-i avtomobil, 30,5 %-i boru kəməri, 8,5 %-i dəmir yolu, 3,6 %-i dəniz, 0,2 %-i hava nəqliyyatı ilə, sərnişinlərin isə 87,1 %-i avtomobil, 12,5 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53