Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycandan yük daşımalarının 64%-i, sərnişin daşımalarının isə 88%-i avtomobil nəqliyyatının payına düşür.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov bildirib.
Bundan başqa, onun sözlərinə görə, hazırda bu sahədə çalışanlar orta hesabla ayda 600 manat əməkhaqqı alırlar.
"Daşımalarının təhlükəsizliyinin təmin edilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, onların maddi-texniki bazasının gücləndirilməsi qarşıya məqsəd kimi qoyulub və gələn ilin əvvəlindən bu istiqamətdə tədbirlərin görülməsi nəzərdə tutulub", - deyə o əlavə edib.