Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 113,2 milyon ton yük, 1 272,2 milyon sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12 % və 26,4 % çoxdur.
Məlumata görə, sərnişinlərin 94 %-i avtobus, 6 %-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.