Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 52,210 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 % azdır.
Təkcə iyunda isə Türkiyə Azərbaycana 9,549 milyon ABŞ dollarlı dəyərində avtomobil sənayesi məhsullarını ixrac edib ki, bu da illik müqayisədə 14,1 % azdır.
6 ayda Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 13,7 % artaraq 17,337 milyard ABŞ dollarına, iyun ayında isə 8,7 % artaraq 3,009 milyard ABŞ dollarına çatıb.