Azərbaycan “Beynəlxalq Dəmiryol Daşımaları haqqında” Konvensiyaya qoşulub

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Beynəlxalq Dəmiryol Daşımaları haqqında” Konvensiyaya (KOTİF) qoşulmaq barədə qanunu imzalayıb.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası 1999-cu il 3 iyun tarixli Vilnüs Protokolu ilə dəyişikliklər edilmiş 1980-ci il 9 may tarixli “Beynəlxalq Dəmiryol Daşımaları haqqında” Konvensiyaya (KOTİF) müvafiq qeyd-şərt və bəyanatlarla qoşulub.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53