Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Aşağı Muğan kanalının yenidən qurulmasının I mərhələsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Euroline" QSC-dir.
Qalib şirkətə 75,047 milyon manat ödəniləcək.