Bu ilin əvvəlindən su təchizatı sistemlərinə qoşulmaqla bağlı edilmiş 8 245 müraciətin 38 %-i ləğv edilib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Agentliyinin (ADSEA) şöbə müdiri Yusif Əhədi bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, ləğv edilmələrin əsas səbəbləri sənədlərin düzgün təqdim olunmaması və qanunsuz tikililərdir:
"62 % müraciət isə icra üçün yönləndirilib. Qərara görə, qoşulma nöqtəsi şəbəkədən 30 metrdən uzaqda olmamalıdır. Amma bəzi hallarda vətəndaşlar su şəbəkəsi olmayan ərazilərdə ev tikir və bu da sonradan çətinliklər yaradır".