Bayram günlərində müntəzəm və qeyri-müntəzəm reyslə 28 863 sərnişin müxtəlif şəhər və rayonlara daşınıb.
Bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Samir Səfərov deyib.
S.Səfərovun sözlərinə görə, ən çox sərnişin axını noyabrın 5-də qeydə alınıb:
“Bu sərnişinlərin daşınması üçün ümumilikdə 969 reys həyata keçirilib. Belə ki, noyabrın 5-də 289 müntəzəm və qeyri-müntəzəm reyslə 9 341, noyabrın 6-da 267 reyslə 8 607, noyabrın 7-də 218 reyslə 6 186 və noyabrın 8-də isə 195 reyslə 4 729 sərnişin daşınması həyata keçirilib”.
Avtovağzal rəsmisinin sözlərinə görə, vətəndaşlar biletləri avtovağzalın gündəlik və qabaqcadan satış kassalarından, eləcə də “avtovagzal.az” saytından onlayn qaydada əldə edə bilər.
S.Səfərov əlavə edib ki, istiqamətlər üzrə kassaların işinin təşkili zamanı kassalara təhkim edilmiş reyslər arası intervallar, eləcə də kassaların buraxılış qabiliyyəti nəzərə alınaraq əlavə kassalar açılıb və vətəndaşlar “1414” Çağrı Mərkəzinə zəng edərək onları maraqlandıran suallarla bağlı ətraflı məlumat ala bilərlər.
Qurum sözçüsü həmçinin əlavə edib ki, axın əsasən Quba, Qusar, Masallı, Lənkəran, Lerik, Astara, Gəncə, Bakı-Qırmızı Körpü, Mingəçevir, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala istiqamətlərində olub.
Qeyd edək ki, gücləndirilmiş iş rejimi noyabrın 9-na qədər davam edəcək.
4 gündə Bakıdan regionlara 29 minə yaxın sərnişin daşınıb
Digər xəbərlər
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
05 noyabr, 2026 / 10:34
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
05 noyabr, 2026 / 09:12
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
05 noyabr, 2026 / 08:31
Türkmənistan Prezidenti Şimal-Cənub dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
05 noyabr, 2026 / 07:52
Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq
04 noyabr, 2026 / 21:03
MKA soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib
04 noyabr, 2026 / 17:30
Azərbaycan Estoniya ilə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
04 noyabr, 2026 / 16:46
Read Qasımov: Bakının potensialına uyğun investisiya istiqamətləri müəyyənləşdirilməlidir
04 noyabr, 2026 / 16:00
Bakıda qorunan obyektlərin 90 %-i Mərkəzi Planlaşdırma Rayonunda yerləşir
04 noyabr, 2026 / 15:54
Son 20 ildə Bakıda 100-dən çox yeni park və bağ yaradılıb
04 noyabr, 2026 / 15:42
Read Qasımov: Bakıda dayanıqlı ictimai nəqliyyat şəbəkəsinin yaradılması çox vacibdir
04 noyabr, 2026 / 15:33
Azərbaycanda bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq
04 noyabr, 2026 / 14:17
Bakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib
04 noyabr, 2026 / 12:34
Bakıda qeyri-yaşayış obyektlərinin illik qiyməti 13 %-dən çox artıb
04 noyabr, 2026 / 10:37
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
04 noyabr, 2026 / 08:32
Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
04 noyabr, 2026 / 08:14
Bakıda fərdi yaşayış evlərinin orta aylıq qiyməti 13 %-dən çox bahalaşıb
03 noyabr, 2026 / 21:09
AQC: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur
03 noyabr, 2026 / 21:03
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
03 noyabr, 2026 / 18:39
Bakıda torpaq sahələrinin qiyməti oktyabrda orta hesabla 18 %-ə yaxın artıb
03 noyabr, 2026 / 18:35