Proqnoz: "Qatlanan ekranlı mobil telefon bazarı hər il 53% böyüyəcək"

2028-ci ilə kimi dünyada qatlanan ekranlı mobil telefon bazarının ümumi dəyəri 8,772 milyard ABŞ dollarına çatacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu proqnozla “Research And Markets” nəşri çıxış edib.

Proqnoza görə, bu illər ərzində sözügedən bazar hər il orta hesabla 53,2% böyüyəcək. Sürətli artım əsasən məişət texnikasına, xüsusilə də smartfon və planşetlərə artan tələb hesabına formalaşacaq. Bununla belə, alimlər hesab edirlər ki, qatlanan ekranlı telefonların dəyərinin yüksək olması, onların proqram təminatında qeydə alınan uyğunsuzluqlar bazarın böyüməsini əngəlləyə bilər.

Xatırladaq ki, ötən il dünyada 0,268 milyard dollarlıq qatlanan ekranlı mobil telefon satılıb.

Digər xəbərlər