Azərbaycan Estoniya ilə süni intellekt əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Azərbaycan və Estoniya arasında rəqəmsal inkişaf, süni intellekt, rəqəmsal hökumət və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Müzakirələr nazirin Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa-Li Pakosta ilə görüşdə baş tutub.

"Həmçinin Estoniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, süni intellektin dövlət sektorunda tətbiqi, innovativ texnologiyaların təşviqi və texnologiya şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi apardıq. Gələcəkdə Hökumətlərarası Komissiya çərçivəsində rəqəmsallaşma məsələləri üzrə müzakirələrin davam etdirilməsi, konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi onlayn görüşlərin keçirilməsi barədə razılığa gəldik",-deyə nazir qeyd edib.

Digər xəbərlər