BMT sammitinin iştirakçıları Bakıda dövlət idarəçiliyi sahəsində innovasiyaları müzakirə ediblər

Türkiyə kibertəhlükəsizliyin gücləndirilməsi və məlumatların qorunması üçün süni intellektin və yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Kibertəhlükəsizlik İdarəsinin sədr müavini Yusuf Tancan Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq tədbir çərçivəsində təşkil olunmuş panel sessiyasında deyib.

Onun sözlərinə görə, qlobal risklərin artması şəraitində elmi tədqiqatların aparılması, təhdidlərin qiymətləndirilməsi və kibermüdafiə sahəsində innovativ həllərin işlənib hazırlanması zəruridir.

Xəbər yenilənir

Digər xəbərlər