Kosmos artıq ölkələr arasında əlaqələrin inkişafı üçün bir körpüyə çevrilib.
“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib.
“Bu konfrans Mərkəzi Avrasiya regionunda kosmik sahənin inkişaf perspektivlərini müzakirə etmək, kosmik texnologiya və tədqiqat sahəsində yeni tendensiyaları nəzərdən keçirmək, bilik mübadiləsi aparmaq və yeni regional əməkdaşlıqlar qurmaq baxımından unikal platformadır”, - deyə o qeyd edib.
S. Əsədov əlavə edib ki, builki tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin kosmik texnologiyalar sahəsindəki rolunu bir daha nümayiş etdirir: “Bu, həm də innovasiya və tədqiqatların təşviqində Azərbaycanın regional mövqeyini daha da gücləndirəcək”.