İraq hakimiyyəti ölkə ərazisində internet xidmətlərinin göstərilməsi üçün ABŞ-ın Starlink şirkəti ilə rəsmi müqavilə imzalayıb.
Report xəbər verir ki, bu barədə İraqın Media və Kommunikasiya üzrə Dövlət Komissiyasının İcraiyyə Komitəsinin rəhbəri Balıq Əbu Kəlal danışıb.
Onun sözlərinə görə, şirkətə verilən lisenziya ölkə vətəndaşlarını təhlükəsiz və keyfiyyətli internet xidməti ilə təmin etməyə imkan verəcək, eyni zamanda qoşulma qiyməti əlçatan olacaq.
Kəlal həmçinin bildirib ki, Starlink-ə lisenziyanın verilməsi İraqda internet infrastrukturunun inkişafı və rabitə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində mühüm addımdır.